07.10.2016 / 08:45 xeber –
Bakının Sabunçu rayonunda yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az