08.10.2016 / 10:58 xeber –
Səhiyyə Nazirliyinin 5 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb.APA-nın xəbərinə görə, imtahanda 168 həkim iştirak edib, onlardan 31-i imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.
mənbə :
lent.az