14.10.2016 / 22:19 xeber –
Kolumbiya millisinin keçmiş futbolçusu Dieqo Osorio narkotik maddələrin qanunsuz dövriyyəsi zamanı yaxalanıb. Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu 1.145 kq kokoini İspaniyaya keçirmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Keçmiş oyunçu təxminən 40 min funt-sterlinq dəyərində olan narkotiki alt paltarında gizlədibmiş.
Qeyd edək ki, Osorio 1991-1995-ci illər aralığında Kolumbiya millisində forma geyinib.
mənbə :
lent.az