19.10.2016 / 01:57 xeber –
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla telefon danışığı zamanı Suriyadakı böhranın həlli məsələlərini, mötədil müxalifətin “Cəbhə ən-Nüsrədən” ayrılmasını müzakirə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin mötədil müxalifətin “Cəbhə ən-Nüsrədən” ayrılmasının çox vacib olduğunu qeyd edib.
Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
mənbə :
lent.az