21.10.2016 / 23:58 xeber –
Bu gün axşam saatlarında Siyəzən rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü rayon sakini Cəfərova Bibixanım Elman qızını maşın vurub.
Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən B.Cəfərovonın vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
mənbə :
lent.az