25.10.2016 / 01:41 xeber –
Pakistanın Kvetta şəhərində naməlum silahlıların polis kollecinə hücumu nəticəsində 25 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 5-in güllə yarası aldığı, 1-in ağır vəziyyətdə olduğu bildirilir.
Girov götürülənlərin dəqiq sayı məlum deyil. Hücum zamanı kollecdə 200 kursantın olduğu təxmin edilir. Kollecin binasında iki partlayış baş verib, atəş səsləri eşidilir. Hadisə yerinə ordu qüvvələri və hərbi helikopterlər cəlb olunub.
***
Pakistanın Kvetta şəhərində naməlum silahlılar polis kollecinə hücum edib.
APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 200 kursantın girov götürüldüyü bildirilir.
Silahlılar və kollecin mühafizəçiləri arasında atışma baş verib. Hadisə nəticəsində 7 nəfərin yaralandığı qeyd olunur.
Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
mənbə :
lent.az