27.10.2016 / 13:05 xeber –
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən danışıb. Lent.az-ın məlumatına görə, M.İsgəndərli bildirib ki, qızı evlənmək üçün oğlan tapa bilmir: “Bu dəqiqə ərə getmək problemdir. Fikirləşirsən ki, beş günlük ailə qurmaq lazım deyil. Ona görə də qızım çox fikirləşir. Deyir ki, ailə qururamsa, ömürlük quracam. Bu dəqiqə boşanmaların sayı çoxalıb. Ülkərə oğlan bəyəndirə bilmirik”.
Qeyd edək ki, M.İsgəndərlinin 2 dəfə nişanlı olub. Belə ki, o 2009-ci ildə və 2015-ci ildə nişanlansa da bərabərlik sona qədər davam etməyib.
mənbə :
lent.az