Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
04/11/2016

Meni ağladan it

Məni ağladan it

04.11.2016 / 14:14 xeber –

 

Mərdəkan bağlarında qəflətən bir dəstə it çıxdı qarşıma. Lap köhnə qədim itlər… Elə bil, uzaqdan gəliblər.  İllərin ağırlığı, ağrı-acısı, ehtiyacı  itlərin kədərli baxışlarında və “əyin başları”ndan hiss olunur. Hamısı  nədənsə gileylidir. Arabir hürmələri, zingildəmələri  daxildəki narazılığı ifadə edir.  Biri sahibinin qaba rəftarından,  biri  maşınların təkərlərindən, biri    sərtliyindən,  biri də yeməkxana sahibinin qəddarlığından  baş götürüb qaçıb. Axırda bir yerə yığılıb, yenə it olublar, ayrı-ayrı deyil,  bir dəstədə birləşiblər.  Birliyi insanlarda yox, özlərində tapıblar.

 

Səkkiz itdi. Biri axsayır, di gəl,  yoldaşlarının hamısından öndədir. Birinin isə  bir  gözü yumulub, deyəsən, kordur. Tək gözü ilə ora-buranı axtarır. Hərdənbir ağacların dibini sulayır. Tez–tez qabağa gedib burnu   ilə xırda daşlara toxunur, bir az  iyləyib  qayıdır, yenidən dəstəyə qoşulur. Aralarında biri də  var, quyruğunu qaldırıb  qoyub belinə. Kefi yüzlə gedir. O qədər lovğadır ki, az qala ayaqları  bir-birinə dolaşıb yıxılsın. Hiss edirsən ki, sevir, özü də yaman sevir. Bir it də var,  dəstəyə qarışmır, onlarla  yanaşı gedir, amma dəstədəki  itlərə hürə-hürə gedir. Görünür, o, dəstədə hansısa  itin birinə hürür. Haqqı tapdalanıb. Ya onu dəstədən qovublar, ya da bu dəstəyə yaxınlarda  rast  gəlib,  hələ  onların qayda–qanunlarına  uyğunlaşa bilmir.

 

İtlər yeridikcə  hərdənbir  o tərəf–bu tərəfə hürür. Sanki insanlara  xatırladırlar ki, qorxmayın biz itik, biz hələ də hürə bilirik, hələ itliyimizi itirməmişik. İstəsəniz, bizi götürüb saxlaya bilərsiniz.

 

Abşeron sanatoriyasının bağlarında itlərə  xeyli baxdım. O saat onlar da ayaq saxladı. Biri lap irəli gəldi. Qulağını şəklədi. Sonra quyruğunu buladı. Bir az da irəli gəlib çömbəldi, qabaq ayaqlarını irəli uzatdı və astadan hürdü. Bu hürməyin içində bir hüzn vardı: hirslə hürmək deyildi. Səs yumşaq  idi. Elə bil, bu səsin içində göz yaşı vardı.

 

Korpusa yerləşdik. Həyat yoldaşım  həmişəki kimi  yenə  öz ali göstərişlərindən birini verdi: şairliyin tutmasın. Bura sanatoriyadır, itlə-zadla oynama, dost var, düşmən var.

 

Həyətə düşdüm. Elə bil, itlər  məni gözləyirdi. Hamısı  sıra ilə  dayanıb  baxırdı. O  biri –  o tək it də bir az aralı dayanıb hürürdü. Onun aramsız hürməyi  dəstədəki ədalətsizliyə  etiraz kimi yozula bilərdi.  Ya  itlərin içindəki mövcud bir adətə  etiraz edirdi, ya da itlərin başçısına bildirmək istəyirdi ki, bax, sənin yanındakılar yatıb, amma mən sərvaxtam, iş başındayam, hürürəm, onlardan etibarlıyam.  O itin daha nə dediyini  mən  bu tezliklə  öyrənə bilməzdim, vaxt lazım idi.

 

İtlər  bəzən adamları müşayiət edir,  onlarla xeyli addımlayır,  adamlar  korpusa daxil olandan sonra  binadan  çıxan başqa adamları dayanacağa qədər ötürürdülər. Sonra ordan bir adamla korpusun qabağına gəlirdilər. Bütün bunların bir mənası vardı. İtlar özlərini insanlara tanıdıb demək istəyrdilər ki, biz itik, bizi niyə unutmusunuz, bizim zəncirimizi niyə açıb çölə buraxdınız. Hər adam  onları başa düşmür, bəziləri isə ayaq saxlayıb  itlərə  xeyli yorğun – yorğun

baxırdı.

 

İtlərin başqa bir günahı da ola bilərdi. Bəlkə onlar sahiblərinə xəyanət ediblər, sahibləri də onları küçələrə buraxmaqla cəzalandırıb. Amma yox, it heç vaxt xəyanət etmir, daha doğrusu bacarmır.

Bir səbəb də ola bilər: onları evlərdən tuziklər didərgin sala bilərdi.

 

Hər səhər yuxudan ayılan kimi həyətə qaçırdım, itləri görməyə tələsirdim. Elə bilirdim ki,  sanatoriya rəhbərliyinin bu gün-sabah  onları güllələtmək fikri var. Çünki itlər  get–gedə  güllə qabağına gələnə oxşayırdılar, hərəkətləri, hürmələri, insanları qarşılamaları, yola salmaları onların güllələnməyini labüd edirdi. Bunun bir günahı da məndə idi, çünki  onlara  çox yaxınlaşıb   ürəkləndirirdim, insanlara inanmağı  aşılayırdım. İtlər mənə inanıb gizləndikləri yerdən açıqlığa çıxırdı.

 

Bəzən bu dəstəni yer kürəsinə,  tək gəzən iti  isə Yerin peyki olan aya bənzədirdim. Onu hansısa  bir cazibə qüvvəsi  itlərə qarışmağa qoymurdu. İt dəstəsinin peyki olan  tək it,  elə bil,  günahsız olduğunu  sübut etmək istəyirdi. Əslində, dəstədəki itlər ona heç nə demirdi,  heç başlarını  da qaldırıb ona baxmırdılar. Tək it onlara hürürdü, hərdən hirslə, hərdən də yavaş – yavaş qaralarına danışırdı. Belə güman etmək olardı ki, dəstədəki itlər bu bağa  təzə gəliblər, tənha it isə bu bağda böyüyüb boya–başa çatıb. Dəstədəki itlər onun bağını, yurdunu işğal edənlərə  oxşayırdı. Ona görə də tənha it dəstədəki itlərlə barışmırdı.

 

İtlər ən çox gecə hürürdülər. Dəstədəki itlər tək–tük, tənha it isə yurdu talanmış  qurd kimi ulayırdı.  Onların  gecə  hürüşü gündüzünkündən fərqlənirdi.  Elə bil,  gecənin qaranlığı itləri sıxırdı: insan axtarır, insan gəzirdi. Mən onların səsini ayırd etməyə çalışırdım. Bilirdim, bu səs  axsayan itindir, yoxsa kor itin. Təxmini bilirdim.  Tənha  itin səsi zənguləyə bənzəyirdi. Onda elə bir boğaz vardı ki,  adamın başının tükü biz-biz olurdu. O, hürmürdü, hönkürürdü. Ağzından səsləri  şəlalə kimi çölə daşdırırdı. Səs onun ağzından daşdıqca  ağlamaq istəyirdim.

 

46 il bundan qabaq biz  İmişli rayonunun  Şirinqum qışlağında qoyun saxlayırdıq. 10 yaşım olardı. Alaçığımızdan üç yüz metr  kənarda bir neft buruğu vardı. Gündüzlər buruğun səsi eşidilmirdi. Gecələr isə yaralı insan kimi inildəyirdi. Onda itlərimiz o buruğa hürürdü. Amma o itlərin birinin zənguləsi  hələ də yadımdadı. O hürən kimi atam, anam, mən yuxudan oyanardıq,  o itin  gözəl hürüşünə  diqqətlə qulaq asırdıq. Atam deyərdi ki, bu cür boğaz heç bir itdə yoxdur. O uzun bir səslə hürür, səsinin içində  xırda daşlar kimi müxtəlif cingiltili səslər atılır–düşür, qaynayır, həmin o uzun səsə rənglər qatırdı. Atam bir dəfə  gecə  o iti tutub  alaçığa gətirdi. İti  oxşayırdım. Toppuş,  səkil ayaqları vardı. Ürəyi uçunurdu. Birdən  alaçıqda burnunu bir az yuxarı  qaldıraraq  buruğa tərəf tutub elə hürdü ki, anamı ağlamaq tutdu. Elə  gözəl hürürdü ki, adamın ruhu dincəlirdi. O səs, səsdəki yatımlılıq, istilik, doğmalıq bizi  qəribliyə ay işığı, dəvə karvanı,  dəvənin ovsarı, karvanbaşı, qum səhrası, qumu sovuran   səhra küləyinə çəkirdi. Anam  itin səsində ay işığını gördüyünü deyirdi. Sankı evimizə ay işığı dolmuşdu. O it ancaq buruğa, aya, buluda  elə hürürdü. Qalan şeylərə adi itlər hürən kimi  “hav, hav” eləyirdi.

Anam deyirdi ki, mən o buruğun səsinə yatıram. İtin səsi də buruğa bir yaraşıq verirdi. Hər ikisi bizi sehrləyirdi. Atam  it və at haqqında bizə danışmaqdan yorulmazdı. Atamın işi – gücü məni, daha doğrusu, anamı heyrətləndirmək idi. Anam  heyrətləndisə, atamın əhvalı açılırdı.  Atam deyirdi ki, atın yorğası onun istedaddır. Bu istedadı ancaq onu sürən üzə çıxara bilər. Yalnız atam minəndə  atımız, şair demiş, “Yay kimi dartınıb, ox kimi süzürdü”. Başqası minəndə  yalnız dördnala çapırdı. İt də belə. Atam deyirdi, itin səsinin gözəlliyi onun istedadıdır. Təbiətin ona verdiyi bir gözəllikdir. Sonra o it qapımızdan yoxa çıxdı. Buruğa, Aya, buluda hürən olmadı. Anam yuxu yatmadı. Nə qədər axtardıq, nə o iti, nə də  başqa  itlərdə o səsi tapa bilmədik.

 

İndi    o vaxtdan  bir  qərinə və on üç il vaxt keçib.  Atam, anam həyatda yoxdur. Buruğu da  çoxdan söküblər. Bakıya köçmüşəm. Fermamız  dağılıb.   İndi Bakıda, Abşeron  sanatoriyasında  o tənha  itin səsi məni yaman ağladır. Anam, atam, fermamız,  o köhnə buruq yadıma düşür.  Yoldaşımın itin səsinin gözəlliyinə inanmağı gəlmir və mənim həmin səsə neçə hönkürməyimi  xəstə olmağımla əlaqələndirir.

 

Düz  14  gündür burdayam, o tənha it  dəstəyə qarışmır. Eləcə hürür, mənə elə gəlir ki, o hürdükcə öz səsinin başına dolanır. Səs də ona dolanır. Eynən həmin səs.  Fermamızdakı itimiz kimi. Deməli, bu səs o kökdəndir, o səsin  tağındandır,  ay işığı, tənhalıq, dəvə karvanı, qum səhrası eyni ilə bu itin səsində var.

 

Bir gecə o itin səsi gəlmədi, ağlamaq tutdu məni. Yoldaşım da mənə gülür. Adam da itin səsi üçün ağlayarmı?  Düşdüm həyətə, ha səslədim, ha çağırdım, cavab yox.  Dəstə   orda idi, tənha it yox. Bir də o səsi mən nə vaxt eşidəcəyəm? – düşündüm.  Qarşıma çıxacaqmı, ömür yetəcəkmi o səsi bir də eşitməyə?

 

Səhərisi bağı  dəli kimi axtardım, o iti  tapmadım. Sanatoriyanın çıxışında, mərkəzi yolda onu gördüm. Maşın vurmuşdu. Zənguləsi  ağzında qalmışdı.  Elə bil,  ağız dolusu bir səs asfalta calanmışdı, üstünə də ay işığı qonmuşdu.

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti