Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
16/11/2016

Vüsale Mahirqızı: "Media cemiyyetle dövlet arasında bir körpüdür" – MÜSAHİBƏ

Vüsalə Mahirqızı: "Media cəmiyyətlə dövlət arasında bir körpüdür" - MÜSAHİBƏ

16.11.2016 / 11:17 xeber –

 

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı APA İnformasiya Agentliyinin 12 yaşı münasibətilə “Trend”ə müsahibə verib. Lent.az müsahibəni təqdim edir.

 

– Sizcə, müasir Azərbaycan mətbuatının əsas uğurları və problemləri hansılardır?

 

– Hesab edirəm ki, bu gün mətbuatımızın kifayət qədər azad internet müstəvisində inkişaf etməsi yaxşı tendensiyadır. Demək olar ki, Azərbaycanda bütün internet resursları yaradılıb, çoxlu sayda aktiv internet istifadəçiləri var, xəbər portalları, informasiya agentlikləri, internet televiziyaları fəaliyyət göstərir. Son statistikaya görə, ölkədə 40-dan çox informasiya agentliyi, 15 internet televiziya və 300-dən artıq aktiv xəbər portalı fəaliyyət göstərir, o cümlədən ölkəmizin bütün regionlarında televiziyalar fəaliyyət göstərir, beynəlxalq müstəviyə çıxan media qurumlarımız var. Bütün bunlar Azərbaycan mətbuatının uğurudur. Ölkə mediasında artıq xarici dilli jurnalistlərin, strukturlaşmış, oturuşmuş media qurumlarının sayı artır. Xüsusilə öz sahəmizlə bağlı deyə bilərəm ki, internet mediada artıq maddi-texniki bazanın yaranması, zənginləşməsi prosesi uğurla gedir. Misal üçün, əgər bir müddət əvvəl bizim internet resurlarımız adi haker hücumlarına dözə bilmirdilərsə, artıq bu gün böyük hücumların qarşısında tab gətirə, böyük proseslərdə fasiləsiz çalışa bilirlər. Bütün bunların hamısı müsbət amillərdir.

 

Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklam və piardan olur. Əlbəttə, reklam bazarının formalaşması və artması istiqamətində ciddi problemlərimiz var. Hesab edirəm ki, internet resurslarının bu istiqamətdə birgə müzakirələr aparmasına, dünyada yeni trendlərdən istifadə edərək öz tendensiyalarımızı formalaşdırmağa, internet medianın reklamvericilərə daha cəlbedici olması üçün iş aparmağımıza ehtiyac var. Təbii ki, xarici dilli media qurumlarımızın çoxalmasına da ehtiyac var.

 

Bu gün mediamızın bir sıra problemləri var, amma mən çox nikbinəm, çünki dünyada hazırda inkişaf tendensiyasında olan media vasitəsi internet mediadır. Eyni zamanda internet özü həmin media qurumlarına təkcə xəbər şirkətləri kimi yox, həm də internet biznes layihələri kimi fəaliyyət göstərmək imkanları yaradır. Hesab edirəm ki, biz bunlardan da yararlanaraq işlərimizi inkişaf etdirə biləcəyik.

 

– Bu gün Azərbaycan jurnalistikasının cəmiyyətdə nüfuzunu qənaətbəxş hesab etmək olarmı?

 

– Əgər jurnalistika obyektivdirsə, müəyyən problemləri qabarda bilirsə və müxtəlif məsələlərə təsir göstərə bilirsə, əlbəttə ki, nüfuzu da olacaq. Bu gün çox təəssüf ki, jurnalist adından sui-istifadə edənlər var, onların sayı çoxdur, böyük bir kütlədir. Bu da cəmiyyətdə jurnalistlərə qarşı bir nüfuzdan salma görüntüsü yaradır. Bəzi insanlar da bundan sui-istifadə edirlər. Əslində belələri ağla qaranın fərqini çox yaxşı bilirlər, amma özlərinə sərf edəndə hamını o kateqoriyaya daxil edirlər. Lakin düşünürəm ki, cəmiyyətin böyük hissəsi ayrı-ayrı qurumlarla, jurnalistlərlə bağlı çox yaxşı məlumatlıdır, jurnalistikanın hansı nüfuz dairəsinə məxsus olduğunu bilir. Son vaxtlar isə internet medianın nüfuzu kifayət qədər artıb. Belə ki, son zamanlar cəmiyyətimizdə müzakirə olunan və müsbət həllini tapan məsələlərin hamısını media qabardıb. Medianın qaldırdığı məsələlər cəmiyyət tərəfindən, dövlət strukturları tərəfindən, ayrı-ayrı institutlar tərəfindən nə qədər çox həllini taparsa, medianın da nüfuzu o qədər yüksələr. İstənilən cəmiyyətdə medianın nüfuzlu olması həmin cəmiyyət üçün, həmin ölkənin idarəetməsi üçün asanlaşdırıcı vasitələrdən biridir. Çünki media bütün hallarda cəmiyyətin idarə olunmasında əsas köməkçi vasitədir.

 

– Bəs sosial şəbəkələr internet mediaya rəqib ola bilərmi? Ümumiyyətlə, bu iki sahə arasında fərqi nədə görürsünüz?

 

– Mən buna rəqabət deməzdim. Çünki sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir. Lakin media ilə sosial şəbəkələrin çox ciddi əməkdaşlıq etməsi artıq qaçılmazdır. “Media sosial şəbəkələrə uduzur” fikri ilə razı deyiləm. Çünki medianın yayılma arealı, nüfuzetmə dərəcəsi, hadisələrə münasibəti sosial şəbəkələrlə eyni ola bilməz. Sosial şəbəkələrdə olan hər şey subyektivdir, amma medianın o subyektiv xammalı götürüb obyektiv işləmək və obyektiv bir xəbərə çevirmək imkanı var. Bu imkan hələ də medianın əlində qalır və qalacaq.

 

Media cəmiyyətlə dövlət arasında bir körpüdür. Sosial şəbəkələrin isə belə funksiyası yoxdur. Çünki sosial şəbəkələr cəmiyyətin virtual formasıdır. Medianın dövlətlə, digər institutlarla cəmiyyət arasında körpü olma funksiyası daşıyır. Sadəcə olaraq, bu körpü funksiyasını uğurla yerinə yetirmək lazımdır. Çox təəssüf ki, bu gün bizim bir çox saytlarımız sosial şəbəkələrdə nə varsa, eynilə yayırlar. Belə saytların sosial şəbəkələrdən fərqi yoxdur. Sosial şəbəkələr bizə daha çox insana, daha çox istifadəçiyə çatmaq imkanı verir. Amma bütün hallarda subyektivdir. Buna görə də sosial şəbəkələrin nə zamansa medianın yerini tutacağını düşünmürəm. Bu, sadəcə mediaya çox yaxşı bir dəstəkdir.

 

– Bu gün belə fikirlər var ki, çap mediası, demək olar, nüfuzunu itirib. Siz necə hesab edirsiniz?

 

– Əslində qəzetin qalmasının tərəfdarıyam. Bəlkə də qəzetçilikdən gəldiyim üçün belə düşünürəm. Amma qəzet tarixdir. Lakin internet mediada texniki nasazlıq baş verəndə hər şey məhv olub gedir. Qəzet isə yazılı arxivdir. Bu gün internet mediadan istənilən məlumatı silmək olar. Amma qəzetdə bunu etmək qeyri-mümkündür. Qəzet yaxşı bir ənənədir, sadəcə olaraq, düşünürəm ki, dünyada media öz fəaliyyətində yeniliklər edirsə, Azərbaycan mətbuatı da öz imkanları daxilində bu yeniliklərə getməlidir. Əminəm ki, bizim çox istedadlı qəzet baş redaktorlarımız var. Təbii ki, onlar dünyada gedən trendləri izləyirlər. Burada bir az maliyyə məsələsi də rol oynayır. Hesab edirəm ki, araşdırmaçılıqla məşğul olan, yeni mövzular ortaya çıxaran qəzetlər hələ yaşamalıdır.

 

 

– Məlumdur ki, Azərbaycanda çap mediasına dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Sizcə, internet mediaya da dövlət dəstəyinin göstərilməsinə ehtiyac varmı?

 

– Əlbəttə, dəstək göstərilsə, yaxşı olar. Amma düşünürəm ki, dövlətin mediaya yardım etmək kimi bir borcu, öhdəliyi yoxdur. Sadəcə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və çap mediasına bu dəstəyin göstərilməsi cənab Prezidentin bir humanizmi, mediaya olan diqqətidir.

 

Dövlət medianın inkişafı üçün şərait yaradıb. İnternet azaddır, ölkədə fəaliyyət göstərmək üçün heç bir problem yoxdur, internet media qurumlarının reklam alması üçün heç bir qadağa yoxdur. Mən dövlətdən əlavə köməyin olmasının ona görə tərəfdarıyam ki, internet medianın maddi-texniki bazasının yaradılması vacibdir. Çünki internet medianın maddi-texniki bazasının yaradılması həm də ölkənin milli təhlükəsizlik məsələsidir. Bizim ciddi server ehtiyatlarımızın olması vacibdir. Çünki biz başqa bir ölkə ilə müharibə vəziyyətindəyik. Tez-tez cəbhə bölgələrində insidentlər olur və çox təəssüf ki, həmin insidentlər zamanı düşmən tərəfin istifadə etdiyi silahlardan biri də kiberhücumlardır. Onlar kiberhücumlar vasitəsilə bizim media qurumlarımızı və dünyaya çıxışımızı əngəlləmək istəyirlər.

 

Biz öz imkanlarımız hesabına çox böyük bir hissəni keçib gəlmişik. Böyük media qurumlarının maddi-texniki bazası formalaşıb. Amma informasiya texnologiyalarında hər gün bir yenilik olur. Mən dövlətdən daha çox bu istiqamətdə köməyi xahiş edərdim. Amma yenə də təkrar edirəm ki, dövlətin mediaya yardım etmək öhdəliyi yoxdur. Dövlət öz üzərinə düşəni edib, bizim üçün şərait yaradıb.

 

– APA yaranan zaman qarşıya qoyulan məqsədlərə nail oldunuzmu?

 

– Hesab edirəm ki, böyük əksəriyyətinə nail olunub. Tam nail olunduğunu deyə bilmərəm, çünki missiyası bitən qurumlar, adətən, məhvə məhkum olurlar. Düşünürəm ki, APA qarşısına qoyduğu məqsədlərin böyük bir hissəsinə nail oldu. Biz Cənubi Qafqazda və MDB-də kifayət qədər tanınmış bir agentliyik. Dünyanın aparıcı media qurumları bizə istinad edirlər, müxtəlif ölkələrin media qurumları ilə yaxşı əməkdaşlığımız var. Ölkənin tanınmış xəbər istehsalçılarından biriyik. Amma fikrimcə, APA daha çox analitik agentlik kimi fəaliyyət göstərməlidir. Bizim qarşıdakı hədəflərimizdən biri budur. Daha çox yerlərdə filial açmaq və daha çox dillərdə fəaliyyət göstərmək hədəflərimiz də var.

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti