Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
24/11/2016

Kerküklü deputat: "Biz ölüb gedek, amma Türkiye, Azerbaycan qalsın…"

Kərküklü deputat: "Biz ölüb gedək, amma Türkiyə, Azərbaycan qalsın..."

24.11.2016 / 10:49 xeber –

İraq Türkman Cəbhəsinin liderlərindən biri, Kərkük Əyalət Məclisinin üzvü Əli Mehdinin APA TV-nin Xəbərlər şöbəsinin müdir müavini, Azərbaycanın əməkdar jurnalisti Nəsimi Nəbizadəyə müsahibəsi

 

– Əli bəy, Vətənə xoş gəlmisiniz…

 

– Təşəkkür edirəm.

 

– Eşitdim, övladlarınız Bakıda təhsil alır…

 

– Bəli. Uşaqlarım burada oxuyur. 2 ay öncə gəldilər. Mən də onları ziyarətə gəlmişəm. 

 

– Hansı universitetlərdə oxuyurlar?

 

– Biri Tibb Universitetində, o biri Neft Akademiyasında.

 

– Qızınızla sağollaşanda “bye, bye” dediniz. Kərküklülər bu qədərmi avropalaşıblar?

 

– Bu, əslində ümumi sözdür. Təkcə İraqda türkmənlər yox, ərəblər, kürdlər də istifadə edirlər. 

 

– İraqda, Kərkükdə baş verən son hadisələri həyəcanla izləyirik. Həm də çalışırıq ki, orada baş verənləri unutmayaq. İraqda vəziyyət necədir?

 

– Son yüz ildə İraqda vəziyyət düzəlməyib. Nə Səddamdan (Səddam Hüseyn) öncə, nə də Səddamdan sonra. Biz türkmənlər üçün isə ümumiyyətlə, düzəlməyib. Bəlkə başqa etnik qruplar üçün düzəlib. Məsələn, ərəblər üçün Səddam dönəmində ora yaxşı idi, hər şeyləri yerində idi. Kürdlər üçün Səddamdan sonra vəziyyət çox yaxşı oldu. Yardım edən dövlətlər oldu və İraqın hər şeyinə ortaq oldular. Türkmənlər qaldı. Nə Səddamdan öncə, nə də Səddamdan sonra rahat nəfəs ala bilməyiblər. Bu günə qədər də rahat nəfəs almırıq. Bunun səbəblərinə gəlincə, biz bir bölgədə, İraqın ortasında yaşayırıq. Sağımızda ərəblər, solumuzda kürdlərdir. Hər ikisi bizi yemək istəyirlər. Bizim mədəniyyətimiz, nüfuzumuz, yerimiz və ərazimizə nəzarət etmək istəyirlər. Siz də izləyirsiniz bizi. Amma izləməklə heç nə olmur. Əmək sərf etmək, hərəkət etmək, bağırmaq, çalışmaq lazımdır. Bir gün görə bilərsiniz ki, Kərkükdə heç nə qalmayıb.

 

– Türk kökənli olaraq bölgədə ən yaxın dövlət Türkiyədir. Türkiyə də sadəcə, izləyir?

 

– Türkiyə bəzən izləyir, bəzən də nəsə edir. Bu gün İraqı izləyən 30-dan çox ölkə var. Bunlardan bəziləri böyük güclərdir, məsələn, ABŞ. Bəzilərinin, məsələn, İranın xain planları var, Avropa da İraqa eyni gözlə baxır. Amma İraqa ən yaxın iki qonşu ölkə var – İran və Türkiyə. İraqın 60%-dən çoxu İranı dəstəkləyir. Onların parlamentdə 200 üzvü var. Bizim isə parlamentdə cəmi 9 üzvümüz var. 200 nəfərin səsi 9 nəfərin səsindən təbii ki, daha güclüdür. Parlamentdə yardımla bağlı hər hansı mövzu açılsa, təbii ki, onlar İrandan yardım istəyirlər, Türkiyəyə qarşı çıxırlar. Türkiyə də istədiyini edə bilmir. Çünki Türkiyəyə qarşı lobbi yaradılıb. Bu lobbi Türkiyəyə hər şeyə qarışmağa imkan vermir. Türkiyə İraqda sülh, bərabərlik, xalqların birlik içərisində yaşamasını istəyir. Bunu yalnız Türkiyə istəyir. O biri dövlətlər bunu istəmir. 13 ildir İraqdayam. Gördüyüm qədər o biri dövlətlər İraqı sünni, şiə, türkmən, kürd və ərəbə bölmək istəyir. O dövlətlər bunun üçün çalışır. Başda ABŞ olmaqla, onların mənfəəti ayrıdır.

 

– Həm millət, həm də dini məzhəb faktorunu ortaya qoyursunuz. Bayaq dediniz, bir tərəfinizdə ərəblərdir, digər tərəfinizdə kürdlər, onlar sizi yemək istəyirlər. Mən deyərdim ki, sizi “əritmək” istəyirlər. Necə olur ki, türkmənlər həm sağdan, həm soldan bu qədər basqının altında “ərimirlər”?

 

– İlk növbədə Allahın dəstəyi var. Bir də könlümüzdə türk sevgisi var. Biz türk kimi bütün dünyaya dağılmış millətik. Mədəniyyətlər, imperatorluqlar qurmuşuq. Biz türkmənlər  İraqda Osmanlıdan sonra 6 dövlət qurmuşuq. Biz torpağımıza, dilimizə, dinimizə bağlıyıq. Torpaq, dil və din, mədəniyyət bizə indiyə qədər İraqda yaşamağa imkan verib. Biz İraqdakı zülmü yüz illərdir görürük. Osmanlı imperatorluğu dağılanda, 1920-ci ildən sonra biz bu zülmü görürük və yaşayırıq. Kərkük, Təlafər, Mosul, Tuzhurmatuda türkcə danışırıq, adət-ənənəmizi qorumuşuq. Amma çox çətin şəraitdə yaşayırıq. Bizim güvəndiyimiz türk dövlətləri var. Əlbəttə, bir gün başda Türkiyə və Azərbaycan olmaqla, türk dövlətlərinin səsi çıxacaq. Bizə orada insan kimi yaşamağa imkan verəcək və çalışacaq.

 

– Məzhəbçilikdən də danışdıq. Məlumdur ki, İraq türkmənlərinin içərisində sünnilər də var, şiələr də. Türkmənlər üçün məzhəbçilikmi daha öndə gəlir, yoxsa millətçilikmi?  Bəlkə əriməməyin birinci səbəbi budur ki, məzhəbçiliyi bir qırağa qoyublar, millətçilik onları bütöv saxlayır…

 

– 2014-cü ildən öncə türkmənlər arasında məzhəbçilik yox idi, İŞİD gəlmədən əvvəl. Amma İraq mərkəzi hökumətinin siyasəti yalnız ərəbləri deyil, türkmənləri də məzhəbçiliyə bölməkdir. İraq mərkəzi hökuməti İrana bağlı hökumət oldu. İranda məzhəbçilik daha çoxdur, bunu İraqa gətirdi. İraqda da bəzi türkmənlər şəxsi mənafeyini güdür. Məzhəbçilik çoxdur. İraq hökuməti də onları yanına çəkdi, vəzifə verdi. Bununla da məzhəbçilik daha da artdı. Türkmənlər də dedilər ki, “bizə məzhəbçilik, İran, mərkəzi hökumətdəki şiələr yarayar”. Təəssüf ki, türkmənlər arasında belə şey oldu. Amma ümumiyyətlə, bütün İraqda olduğu kimi deyil. Məsələn, mən şiəyəm. Amma mən İraq-Türkmən Cəbhəsindəyəm. Mən şiə partiyasına getmədim. İraq Türkmən Cəbhəsində şiə, sünni məsələsi yoxdur. Bəzi türkmən partiyaları var ki, şiəliyi dəstəkləyir, şiə sisteminə bağlıdırlar. Biz İraq Türkmən Cəbhəsiyik. Bütün İraq türkmənlərini təmsil edən bir qurumuq. Bizdə sünni də var, şiə də.

 

– Mən bildiyim qədər İraqda türkmənlərin sayı o qədər də çox deyil. Türkmənlərin neçə partiyası var?

 

– Türkmənlərin hakim partiyası İraq Türkmən Cəbhəsidir. Bununla yanaşı, Türkmən Eli Partiyası var. Və şiəliyi dəstəkləyən partiyalar da var.

 

– Onlar ayrı-seçkilik etmək üçün yaradılıb?

 

– İraq Türkmən Cəbhəsində həm şiə, həm də sünni var. Amma digər partiyalarda yalnız şiələr var. Onlar mərkəzi hökuməti və İranı dəstəkləyir. 2003-cü ildə Kərkükdə əhalinin sayı 850 min idi. O zaman əhalinin 60%-i türkmənlər idi. Amma 12 il ərzində Kərkükdə əhalinin sayı 1 milyon 400 min nəfər oldu. Türkmənlər bu sayın 25%-i təşkil edir. Bu 12 il ərzində bizə basqı oldu, zülm etdilər. Xarici ölkələrə köçənlərin sayı çox oldu. Çox sayda insan öldürüldü. Tacirləri, həkimləri, ziyalılarımızı öldürdülər.

 

– Düşünülmüş şəkildə idi?

 

– Bu layihə idi. İraqda, xüsusilə türkmənlərin sıx yaşadığı Kərkükdə türkmənləri “əritmək” üçün layihə həyata keçirdilər. Bunlar İraq mərkəzi hökumətinin gözü önündə baş verdi.

 

– İraqla İran arasında onillik müharibə oldu. Yaşımız az idi o zaman. Düşünürdük ki, İraqla İran bundan sonra barışmazlar. Müharibə bitdi. Bu vəziyyət yarandı. Necə oldu ki, İran İraqı nəzarət altına aldı, idarə etməyə başladı?

 

– İraq-İran müharibəsində İranda əsir olan iraqlılar və İrana qaçan iraqlılar bu gün İraqda hökm edirlər. Bu gün İraqda mərkəzi hökumət, partiyalar, nazirliklərdə işləyənlər vaxtilə İranda yaşayanlardır. Yəni 80%-i İranda böyümüş insanlardır. Buna görə də onlar İranın diktəsi ilə hərəkət edir, İran strategiyasını İraqda tətbiq edirlər.

 

– ABŞ İran üzərindən sanksiyaları götürdü, nüvə sazişi imzalandı. Biz ABŞ-la İranın düşmən olduğu dönəmi də görmüşük. İndi də qadağalar götürülüb, yaxınlaşma hiss olunur. Amma yenə də tam sülh yoxdur. İraq məsələsində sanki İranla ABŞ-ın fikirləri üst-üstə düşür, mehriban düşmən mənzərəsi yaradıblar…

 

– Mənim fikrimcə, anlaşma var. İraqı iki hissəyə bölüblər. Bağdad və Bağdadın cənubundakı Bəsra, Kurd, İmarə, Nəsriyyə bölgələri İranın, Mosul, Ərbil, Kərkük isə daha çox ABŞ-ın nəzarətindədir. Yəni ABŞ İrana deyir ki, Bağdada qədər gəlsin, gözünü yumur. İran da deyir ki, ABŞ Mosul, Ərbildə olsun və gözünü yumur. Mənim fikrimcə, bu iki dövlət İraqı parçalamaq üçün razılaşıblar. Zatən İŞİD-dən sonra İranın nüfuzu İraqda Bağdadın yarısına qədər idi. Amma indi İranın nüfuzu Mosulun sərhədinə qədər çatıb, Kərkükün də qapısındadır. Problem bundan sonra başlanır. Biz İŞİD-dən xilas oluruq. Amma bundan sonra İraq necə olacaq? O, müşkül məsələdir. Mən düşünürəm ki, İraq bütövlüyünü itirəcək. Şiələr üçün ayrı bölgə, sünnilər üçün türkmənlərlə bərabər kiçik bir ərazi, kürdlər üçün də ayrı bir bölgə olacaq. Mən düşünürəm ki, İŞİD-dən sonra İraq 3 hissəyə bölünəcək. Bu bölgüdə də heç kimin iraqlılara xeyri olmayacaq, İran, ABŞ kimi dövlətlər mənfəətli olacaq.

 

– İŞİD həqiqətənmi İraqda böyük gücə malikdir? Xəbərlərdə izləyirik. Mosula böyük hücum hazırlanıb. Sanki hücum uğursuzluqla, ləngimə ilə davam edir…

 

– İŞİD Mosula girəndə böyük gücə malik deyildi, qüvvələrin sayı az idi. Amma İraqın yanlış siyasəti, İraq mərkəzi hökumətinin Mosulla bağlı səhv siyasəti Mosul əhalisinə müqavimət göstərməyə imkan vermədi. Əhali İŞİD-ə qarşı müqavimət göstərmədi. Buna görə də iki ildir Mosuldadır. Burada silahlandı, gücləndi, Suriyadan, Rəqqadan, hətta ABŞ-dan  silah gəldi. ABŞ İraq ordusu üçün təyyarə ilə silah göndərdiyini deyir, amma bu silahlar yanlışlıqla İŞİD-ə gedir. Yəni İŞİD kimi terror təşkilatının bir ölkədə formalaşması təxmin edirəm ki, İraqın səhvi idi. O, sərhədlərini qorumalı idi. Mosul əhalisində birlik olmalı idi. Mosul əhalisi də məzhəbçilik etmək istədiyi üçün İŞİD rahatlıqla girə bildi, Kərkükə girə bilmədi. Mərkəzə daxil ola bilmədi, çünki xalq bir olub müqavimət göstərdi.

 

– Mosul əməliyyatı başladı. Beynəlxalq qüvvələr, peşmərgə dəstələri…  Belə deyək, İŞİD acığını Kərkükdən çıxdı…

 

– Gördü ki, Mosula basqı çoxdur, qüvvələr yardıma gələcək, həm də gözləri Mosuldan çəkmək üçün Kərkükə girdi. 24 saatdan artıq qala bilmədi. Kərkük əhalisi, polis müqavimət göstərdi. Hal-hazırda İŞİD Kərkükdən 20 km uzaqdadır. Bizim Kərkükə bağlı ərəb ərazisi var, adı Havicədir, İŞİD 2 ildir ordadır. Yəni Mosulda və Havicədədirlər. İŞİD güclü müqavimətlə rastlaşmasa, istədiyi zaman Kərkükə girə bilər.

 

– Orada balaca bir qəsəbə var Başika adında, Türkiyə ordusu kiçik qüvvə ilə təhsil verir. Rəsmi Ankara bir neçə dəfə açıqlama verib ki, sünni əhaliyə İŞİD-ə qarşı müqavimət göstərmək üçün hərbi təlimlər keçirilir. Bağdad hökuməti də israr edir ki, türk ordusu ordan çıxmalıdır. Hətta elan edib ki, çıxmasalar, biz hərbi müdaxilə edəcəyik. İraq hökuməti heç paytaxtı qoruya bilmir, İraqda təxminən 20 terror təşkilatı fəaliyyət göstərir. Türkiyə kimi dövlətə hərbi müdaxilə edəcəyini necə iddia edə bilər?

 

– Bunu İran edir. İraqda 32 dövlətin əsgəri savaşır – ABŞ, Almaniya, Kanada, Fransa… Bunların heç biri müsəlman dövləti deyil. Tək Türkiyədir ki, müsəlman ölkəsi olaraq İraqda – Mosulda, Kərkükdə, Telaferdə sülh olmasını istəyir, orada məzhəb qarşıdurmalarının, etnik, türkmən-kürd qarşıdurmasının olmasını istəmir. Türkiyə bunu həqiqətən istəyir. Amma bu 32 dövlət istəmir. İran da daxil olmaqla, bu dövlətlər İraqın parçalanmasını istəyir.

 

– O zaman Türkiyə o 32 dövlətlə qarşı-qarşıya qalıb…  

 

– Bəli. Çünki bu mövzunun ən çox Türkiyə ilə bağlılığı var. Çünki qonşudur, 350 km-lik sərhədi var. İraq parçalansa, ən çox zərər nə ABŞ-a, nə də İrana yox, Türkiyəyə dəyəcək. İraqda Türkiyəyə qarşı çıxışlar İran, ABŞ və Avropa ölkələri ilə bağlıdır. Amma Türkiyə dirənəcək. Çünki orada türklərin soydaşları, qardaşları var. İstər ərəb, istər türkmən, istərsə də kürd. Kürdlər Türkiyəni dəstəkləyir.

 

– İraqın şimalında kürd quruluşu, Bərzani hökuməti var. Bağdad hökumətindən nə qədər asılı olduğunu deyə bilmərəm. Görünən odur ki, o qədər də asılı deyil, hərəkətləri müstəqildir. Kərkük də kürd muxtariyyətinin sərhədlərinə aiddir. Bu, Kərkük üçün bir sığortadır? Orada vəziyyət necədir? Kərküklülər özlərini orada necə hiss edirlər?

 

–  Biz 2003-cü ildən deyirik ki, Kərkükü türkmən, kürd, ərəb birlikdə idarə etsin. Amma bu, indiyə qədər gerçəkləşməyib. 2003-cü ildən bu günə qədər Kərkükdə təhlükəsizlik yoxdur. Türkmənlər üçün təhlükəsizlik yoxdur. Bəlkə başqaları üçün var. Yəni, biz deyirik ki, Kərkükü etnik qrup idarə etməsin. Nə kürd, nə türkmən, nə də ərəb, heç biri tək ola bilməz. Üçümüz birgə olaq. Amma bu, hələ də gerçəkləşməyib.

 

– Kim imkan vermədi?

 

– Nə kürdlər imkan verdi, nə də mərkəzi hökumət: Bərzani, Təlabani və mərkəzi hökumət. Bu üçü razılığa gələrək, bizim orada koalisiya hökuməti yaratmağımıza, bir az nəfəs almağa imkan verməyib. İraqda, Kərkükdə türkmən əhalinin sayının az olması da məhz buna görədir. Çünki 12-13 ildir biz bir rejimin, bir hökumətin təzyiqi altındayıq. Türkmənin gedib rəhbər vəzifə tutmaq, məclis sədri olmaq kimi bir hüququ yoxdur. Bu mənada kürdlər bizə təzyiq göstərirlər. Bərzanidən daha çox bizə Təlabani təzyiq göstərməkdədir. Mərkəzi hökumət də onlara dəstək verir. Təlabani və mərkəzi hökumət İranın müəyyən etdiyi xətlə hərəkət edirlər.

 

– Bəs xalq necədir? Kürdlərlə türkmənlərin və yaxud ərəblərin bir-birinə münasibəti necədir? Millətlərarası ayrı-seçkilik, qeyri-tolerantlıq varmı?

 

– Xalq çarəsizlikdən birlikdə yaşayır.

 

– İraqın içində olan insanlar kasıbdır?

 

– Kasıbdırlar. 2003-cü ildən əvvəl də xalq arasında heç türkmən, kürd, ərəb, şiə və sünni ayrı-seçkiliyi olmayıb. Yəni əvvəldən xalq arasında  "kürd, ərəb qonşumuz var" deyə bir fərq olmayıb. Bunu ABŞ və bəzi dövlətlər ayrı-ayrı siyasətçilər arasında ediblər. Amma indi bəzi siyasətçilər türkmən xalqını tanımır, onlara imkan vermir. Bu, bütövlükdə türkmən xalqına yönəlib. Çünki türkmən xalqı Kərkükdə ev, torpaq sahəsi ala bilmir. Əksinə, başqa etnik qruplar Kərkükdə türkmənlərin evini əllərindən alır.

 

– Niyə türkmənlər öz yerini, yurdunu ala bilmirlər?

 

– Bunu Kərkükdə hakimiyyətdə olan Təlabaninin valisi qəbul etmir. Çünki orada torpaq sahəsi almaq üçün deyirlər “get, vali sənin üçün imzalasın”. O zaman da vali baxır ki, türkməndir, imzalamır.

 

– Kərkükün başında olan şəxs…

 

– …Təlabaninin adamıdır.

 

– Axı Kərkük Bərzaninin…

 

– …Yox. İndi Kərkük Təlabaninin nəzarətindədir, Bərzaninin yox.

 

– Yəni Kərkük məsələsinə gələndə hətta Təlabani ilə Bərzani anlaşırlar?

 

–  İndi anlaşmırlar. Son zamanlar anlaşmırlar, amma nəzarət daha çox Təlabaninin əlindədir.

 

– Bu mənzərədə sanki Bərzani ilə Ankara arasında bir yaxınlıq görüntüsü var.  Bu, doğrudan belədir?

 

– İndi Bərzani, Ərbil bölgə olaraq Türkiyəyə daha yaxın olduğu üçün  son 10 ildə Türkiyə Ərbili bərpa etdi. Ərbildə bir küçə, otel, restoran yox idi. Bərzani gördü ki, Türkiyənin məqsədi bir şəhəri bərpa, onu inşa etməkdən, qardaş kimi yaşamaqdan ibarətdir. Buna görə də Bərzani Türkiyəyə yaxın olmağa başladı. Bundan başqa, neft müqaviləsi, Ərbildə 5000-dən çox türk şirkəti, başqa qarşılıqlı mənfəətlər var. Ona görə də Ərbil hakimiyyəti, Bərzani deyə bilərik ki, Türkiyənin strategiyasına daha yaxındır, qarşılıqlı mənfəət məsələsində Türkiyə ilə bərabər hərəkət etməkdədir.

 

– Siz necə düşünürsünüz, bundan sonra nə olacaq? Kərkükün gələcəyi necə olacaq? Bu məsələyə Türkiyənin müdaxiləsi mütləqdirmi?

 

– Bu, yalnız Türkiyənin müdaxiləsi ilə olmur. Yəni bizim dərdimizi öz dilimizdən dinlətmək üçün Avropaya, BMT-yə, dünyaya tək Türkiyə kifayət etmir. Bu məsələdə Azərbaycanın da səyləri vacibdir. Mən Azərbaycana gələndə iki-üç nəfərlə görüşə, onlara problemlərimi deyə bilirəm. Amma Azərbaycan böyük bir dövlətdir. Buraya dünyadan hər kəs gəlir, baş nazirlə, parlament sədri ilə görüşürlər. Əgər onlar məlumatlandırılsa, bizim İraqda qardaşlarımız var desələr. Biz istəyirik Kərkükdə insanlar bərabər şəkildə yaşasınlar. Türkiyə də eynilə bunları söyləsə, bir lobbi olsa, dünya problemlərimizdən xəbərdar olsa, biz orada yavaş-yavaş yaxşı yaşayarıq. Amma bunun əksi baş verərsə, belə davam edərsə, bir gün siz də "Kərkükdə türkmənlər vardı" deyəcəksiniz. Biz bu qədər sıxıntılı bir vəziyyətdəyik. Ona görə də bizim bütün səylərimiz, məqsədimiz odur ki, öncə Türkiyə və Azərbaycan başda olmaqla, bütün türk dövlətləri  bizi anlasınlar, mənəvi dəstək olsunlar, bizə qollarını açsınlar, bizə "Xoş gəldiniz!" desinlər, yaramıza dərman olsunlar. Həqiqətən də buna çox ehtiyacımız var. Bu olduğu zaman biz Azərbaycan baş nazirinin, prezidentinin, Türkiyə prezidentinin "Kərkük" deməsindən, “Kərkükdə türkmən var” deməsindən çox rahat olarıq. O qədər ehtiyacımız var. Biz bir dövlətin adımızı çəkməsinə susamışıq.

 

– Anlayıram sizi… Bizdə bir söz var, deyir "Özüm burdayam, yarı canım oradadır". Amma mən hiss edirəm ki, sizin yarı canınız yox, elə canınız oradadır. Özünüz Bakıdasınız, amma canınız oradadır. Bakını gəzə bildinizmi?

 

– Gəzmək ürəyimdən keçmir. İnşallah, bərabər gəzərik: həm Bakını, həm də Kərkükü.

 

– Yaxşı olar, Əli bəy, yaxşı olar. Bizdə deyirlər ki, pis günün ömrü az olar…

 

– İnşallah. Nə qədər dünyada Türkiyə, Azərbaycan, Türkmənistan varsa… Biz ölüb gedək, amma Türkiyə, Azərbaycan, Türkmənistan qalsın. Bu, bizim üçün önəmlidir. Biz orada sıxıntıya, dara, ölümə, köçkünlüyə alışdıq. Bunları Türkiyə, Azərbaycan görməsin, inşallah.

 

– Qanımız da birdir, canımız da birdir…

 

– Təşəkkür edirəm mən sizə, sağ olun. Buraya gələn hər kəsə təşəkkür edirəm.

 

– Sağ olun. Bir daha görüşmək ümidi ilə. Hər zaman gözləyirik sizi.

 

– Təşəkkür edirəm.

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2019. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti